Bu günlərdə dünyanın müxtəlif ölkələrinin Birləşmiş Millətlər Təşkilatı və ABŞ-dakı diplomatları və siyasətçiləri İranın şəhid prezidenti və xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı İran hökuməti və böyük xalqına başsağlığı verirlər; BMT Təhlükəsizlik Şurasının bir dəqiqəlik sükutundan, BMT bayrağının yarıya qədər endirilməsindən tutmuş, İran İslam Respublikasının BMT-dəki nümayəndəliyində dünyanın 50 ölkəsinin səfirləri, diplomatları və nümayəndələrinin iştirakına qədər.
Yerli vaxtla çərşənbə axşamı dünyanın müxtəlif ölkələrinin səfirləri və nümayəndələri İran İslam Respublikasının Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyinə gələrək, diplomatik xatirə kitabını imzalayıblar. Onlar İranın şəhid prezidenti Ayətullah Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirrəsinə ehtiramlarını bildirərək İran xalqı və hökumətinə başsağlığı veriblər.
Sizin rəyiniz